Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


Bankomatlar niyə qoyulur?

Bankomatlar niyə qoyulur?08/02/2010 , 13:53
Qubada hazırda əhalinin istifadəsi üçün 10 bankomat var...
Vaxt vardı maaşları insanlardan alırdıq. Sonradan məlum oldu ki, bankomatdan alacağıq. Bankomat da cansız olduğundan dedik insanlardan fərqlənər, bizi narahat etməz. Amma sən saydığını say gör bankomat məmurları nə sayır?

Qubada hazırda əhalinin istifadəsi üçün 10 bankomat var. Onlardan yalnız 3-ü Kapitalbankındır. Yəni pensiyalar, təqaüdlər və əmək haqlarını əhali bu bankın kartları vasitəsilə alır. Qiyamətdə onda başlayır. Pulların alınma vaxtı çatanda bankomatların qabağında bir basabas, bir növbə yaranır ki gəl görəsən. Biri də durub 20 qəpikdən camaata yardım etməık məqsədilə onların kartlarından pul çıxarır. Arada da bir də kimisə növbədənkənar yola salır. Axşam saat 6-dan sonra isə bankomatlar istirahətə gedir. Bəli, işləmir. İşləsə orada 20 qəpikdən pul çıxaran işsiz qalacaq axı.

Belə də dərd olar? Bankomatı qoyblar ki. Cammat rahat pul alsın. Ay insan, mən istəyirəm ki gecə saat 3-də pul alım. Ay aldım a. Ya bankomat işləməz, ya da içində pul olmaz. Səhər də gələrsən ki növbədir. Hamı pulun alıb qurtarmağını gözləsən sən də qalacaqsan kənarda. Niyə pullar verildikdən sonra günlkərlə bankomatlarin ekraninda X işarəsi olur. Bahanədə ki, işıqlar sönəndə işləmir. İşləmir elə düzəldin ki, işləsin.
Başqa banklara da gedıən yox. Kimin nəyinə lazımdır ki aldığı puldan 2,80 manat tutulsun. Nə isə. Qubada bankomatların bu vəziyyəti böyük problemdir. Kim bu problemə çarə düşünməlidir bəlli deyil.

İstədiyim vaxt bankomatdan pul ala bilmirəmsə, onda bankomat nəyə lazimdir ki?

Xəbərçi

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.