06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
4 fevral – xərçəng xəstəliyinə qarşı ümumdünya mübarizə günüdür
08/02/2010 , 14:18
Quba İcma Məlumat Mərkəzində bu günlə bağlı məlumatlandırma tədbiri keçirilmişdir
Ümumdünya xərçənglə mübarizə təşkilatı tərəfindən təsis edilən bu günün əsas məqsədi xərçəng xəstəliyinə tutulma faizini aşağı endirmək məqsədilə maarifləndirmə işlərinin aparılması, eləcə də bu xəstəlikdən əziyyət çəkənlərə yardımların göstərilməsidir.
Statistik məlumatlara görə insan ölümünün 13%-i (7.6 milyon) xərçəng xəstəliklərinin üzərinə düşür. Xərçəng insanın ölüm səbəbləri içərisində ürək damar xəstəliklərindən sonra ikici yeri tutur.
Bu günlə bağlı olaraq rayonumuzda İREX-AMAP layihəsi çərçivəsində fəaliyyət göstərən Quba İcma Məlumat Mərkəzində maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə müəllimlər, tələbələr, şagirdlər, QHT və media nümayəndələri, eləcə də digər təbəqədən olan insanlar iştirak etmişlər.
Tədbirdə mərkəzin rəhbəri Ramin Mahmudov Almaniyada yaşayan həmyerlimiz həkim-onkoloq Vüqar Yaqublunun hazirlayib təqdim etdiyi prezentasiya vasitəsilə iştirakçılara xərçəng xəstəliyinin yaranma səbəbləri, onun müalicəsi, ondan qorunma yolları barədə məlumat vermişdir.
Tədbirdə qeyd edilmişdir ki, bu xəstəlik müalicə ediləndir. Yalniz vaxtinda aşkar edilməlidir ki, 100 faizlik nəticə əldə edilsin.
Xərçəng bu və ya digər hüceyrənin nəzarətsiz olaraq bölünüb çoxalması və digər toxumalara sirayət etməsi nəticəsində baş verir.Tədbirdə o da vurğulanmışdır ki, xərçəng xəstəliyinin baş verməsinin əsas səbəblərindən bəziləri, həddən artıq spirtli içkilərin qəbul edilməsi, sigaret çəkmə, düzgün qidalanmama, həddən artıq köklük və ekoloji problemlərdir.
Son illərdə bu xəstəliyin dünyada artan templə inkişaf etməsi ölkəmizdən da yan keçməmişdir. Respublikamızda da bu xəstəliyə tutulanların sayı artmaqdadır. 40-50 yaşdan yuxarı insanlar arasında daha geniş yayılmış bu xəstəlik araşdırmalara görə cavanlaşmaqdadır. Qeyd edək ki, dünyada ən geniş yayılmış xərçəng xəstəlikləri ağciyər, prostat və yoğun bağırsaq xərçəngidir.
Tədbir yerli Qütb TV-nini “Qütb xəbər” informasiya proqramında 3 dəqiqəlik sujet şəklində 3 buraxılışda işıqlandırılmışdır.
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.