Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


9 Fevral – Beynəlxalq Stomatoloqlar Günü Quba İcma Məlumat Mərkəzində qeyd edildi

9 Fevral – Beynəlxalq Stomatoloqlar Günü Quba İcma Məlumat Mərkəzində qeyd edildi10/02/2010 , 17:05

Hər bir əlamərdar gündə istifadəçiləri üçün müxtəlif tədbirlər təşkil edən İREX-AMAP layihəsi çərçivəsində Qubada fəaliyyət göstərən Quba İcma Məlumat Mərkəzi bu dəfə də ənənəsinə sadiq qalıb. 9 Fevral – Beynəlxalq Stomotoloqlar Günü ilə əlaqədar olaraq mərkəzdə həkim-stomotoloqların iştirakı ilə məlumatlandırma tədbiri keçirilib.
Tədbirdə Qubada fəaliyyət göstərən QHT, media nümayəndələri ilə yanaşı, mərkəzin istifadəçisi olan tələbələr və müxtəlif sahələrdə çalışan 23 nəfər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan mərkəzin administratoru Ramin Mahmudov layihə və mərkəzin fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra stomotoloqlar gününün təsis edilməsindən danışdı. Sonra tədbirə ekspert kimi dəvət edilən Qusar şəhərində fəaliyyət göstərən OKİ Tibb Klinikasınını həkim-stomotoloqu Vüsal Hacıbəyovu iştirakçılara təqdim etdi.
Məlumatlandırma tədbirində ekspert dişlərə qulluq, dişlərin müalicəsi, dişlərdə müxtəlif patoloji halların aradan qaldırılması, müxtəlif diş xəstəlikləri və onların müalicəsi mövzularında geniş məlumatlar verdi. Tədbirdə iştirakçıları maraqlandıran sualları cavablandıran ekspert sonda bir neçə nəfərin dişlərini müayinə edib məsləhətlər verdi.
Vasif Hüseynov,
Quba İMM-nin könüllüsü

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.