06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
Güclü külək Gədəbəy və Daşkəsən rayonunun təsərrüfatına ciddi ziyan vurub
17/03/2010 , 14:42
Martın 15-də əsən güclü külək Gədəbəyin elektrik təsərrüfatına ciddi ziyan vurub
Martın 15-də əsən güclü külək Gədəbəyin elektrik təsərrüfatına ciddi ziyan vurub. Bu haqda Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Onun sözlərinə görə, külək nəticəsində rayon ərazisində təxminən 100-dək elektrik, 22 ədəd telefon dayağı sıradan çıxıb. Bir saat ərzində bütün rayon elektrik enerjisiz qalıb və bir müddət sonra yalnız rayonun kəndlərinin yarısına enerjinin verilişini bərpa etmək mümkün olub. Bəzi ərazilərdə qaz xətləri də zədələnib. Bir sıra vətəndaşın yarımçıq tikililərinin dam örtüklərinə də ziyan dəyib. Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri dəyən ziyanın məbləğini müəyyənləşdirirlər.
Külək Daşkəsənə də ziyan vurub. Daşkəsəndə ötən gündən etibarən əsən güclü külək bir sıra fəsadlar törədib. 25 yaşayış məntəqəsində 15-ə yaxın fərdi evin, eləcə də çoxmərtəbəli binanın dam örtüyü yararsız hala düşüb. 20-dən çox kənddə elektrik enerjisinin verilişində məcburi məhdudiyyətlər tətbiq olunub.
Külək rayon mərkəzi ilə yanaşı Xoşbulaq, Qabaqtəpə, Əmirvar, Dəstəfur və Çıraqlı kəndlərində, eləcə də digər yaşayış məntəqələrində bir sıra fəsadlar törədib. Hazırda dəymiş ziyanın aradan qaldırılması üçün rayon Fövqalədə Hallar Komissiyası tərəfindən iş aparır. Kəndlərdə elektrik enerjisinin bərpası istiqamətində çalışmalar davam edir.
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.