06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
GƏNCƏYƏ ƏN ÇOX PUL RUSİYADAN GÖNDƏRİLİR
18/03/2010 , 17:50
2009-cu il ərzində Azərbaycana pul köçürmələri sistemləri vasitəsi ilə ən çox pul qonşu Rusiyadan göndərilib
2009-cu il ərzində Azərbaycana pul köçürmələri sistemləri vasitəsi ilə ən çox pul qonşu Rusiyadan göndərilib
Statistikaya əsasən Azərbaycana göndərilən pul köçürmələrinin təxminən 80 faizdən çoxu Rusiyadan gəlir. Ölkəyə pul göndərənlər əsasən ailə üzvləri Rusiya Federasiyasında yaşayan azərbaycanlılardır. Azərbaycana göndərilən pul köçürmələrində ilk beşliyi Rusiyadan sonra Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Ukrayna və Qazaxıstan tutur. Mərkəzi Bankın məlumatına görə ötən il ərzində azərbaycanlılar 1 milyard 181 milyon 700 min ABŞ dollarını pul köçürmələri şəklində alıblar.
Ölkədə fəaliyyət göstərən iri kommersiya banklarının Gəncədəki nümayəndəliklərində şəhərə ən çox pulun hansı ölkələrdən göndərildiyini və gəncəlilərin əsasən hansı ölkələrə pul köçürdüklərini açıqlayırlar.
Maarif Cəlalov, “Bank Standard”ın Gəncə filialının mütəxəssisi: “Gəncəyə əsasən MDB dövlətlərindən pul köçürmələri daxil olur. Bunlardan Rusiya, Ukrayna, Qazaxıstan dövlətlərini qeyd etmək lazımdır. Həmçinin qardaş Türkiyəni qeyd etmək lazımdır. Avropa dövlətlərindən isə Almaniya, Fransa, İngiltərəni vurğulamaq olar. Başqa dövlətlər isə bunlarla müqayisədə azlıq təşkil edir. Gəncədən eyni qaydada MDB dövlətlərinə köçürmələr üstünlük təşkil edir.”
“Bizim bankdan əhali təcili pul köçürmələri sistemləri ilə əsasən Rusiya, Türkiyə, Qazaxıstan və Ukrayna respublikalarına pul göndərirlər. Bundan başqa köçürmə sistemləri ilə əhaliyə göndərilən pullar yenə də Rusiya, Türkiyə, Qazaxıstan respublikaların payına düşür. Avropa dövlətlərindən gələn pulların əsas hissəsi Fransa və Hollandiyanın payına düşür.” Elbrus Bodurov, UniBank” Gəncə filialının meneceri.
Azərbaycanlıların 9 faizi ildə 6 köçürmə olmaqla, hər köçürməyə 169 ABŞ dolları alırlar. Hazırda ölkədə fəaliyyət göstərən banklar və onların filialları dünyanın 200-dək ölkəsini ilə sözügedən mübadiləni həyata keçirə bilirlər. Etibarlı müdafiə sistemi ilə qorunan pul köçürmələri pulun yalnız qeyd edilən şəxsə ödəniləcəyinə təminat verir. Və köçürmələr üzrə komission haqqı yalnız göndərən ödəyir, alan heç nə ödəmir. Üstəlik köçürmənin göndərilməsi və alınması zamanı sənədləşmə olduqca sadədir. Pul köçürmə sistemlərinin əsas üstün cəhəti ondan ibarətdir ki, köçürməni alan şəxsin bankda hesabının olması vacib deyil və köçürmələr cəmi bir neçə dəqiqə ərzində həyata keçirilir.
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.