06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
LƏNKƏRANDA DƏHŞƏTLİ YOL QƏZASI
12/04/2010 , 15:56
Aprelin 11-də saat 20.30 radələrində Lənkəran şəhəri ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Ələt-Astara magistralının 190-cı kilometrliyində “VAZ-2107” markalı, 10 KD 934 dövlət nömrə nişanlı, “VAZ-2101” markalı, 10 ER 595 dövlət nömrə nişanlı və “VAZ-2107” markalı, 42 BN 956 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində avtomobillərdə olan Lənkəran şəhər sakinləri, 1978–ci il təvəllüdlü Rüqiyyə Qadir oğlu Əliyeva, 1981-ci il təvəllüdlü Adil Fərhad oğlu Bağırov hadisə yerində, rayonun Veravul kənd sakini, 1989-cu il təvəllüdlü Cəmil Qarakişi oğlu İsaqov isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılarkən dünyasını dəyişib. Daha dörd nəfər - Lənkəran şəhər sakinləri, 1951–ci il təvəllüdlü Namiq Şirvan oğlu Əliyev, 1984-ci il təvəllüdlü Müstəqim Nazim oğlu Məmmədov, 1978-ci il təvəllüdlü Ülviyyə Cəbrayıl qızı Talıblı və onun qızı, 2002-ci il təvəllüdlü Aydan Eldar qızı Talıblı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran MRX-nın travmatologiya şöbəsinə yerləşdirib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.