Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


GƏNCƏNİN BAŞ PLANI HAZIRLANIR

GƏNCƏNİN BAŞ PLANI HAZIRLANIR22/04/2010 , 13:25

Layihənin hazırlanmasına ötən ilin may ayından başlanıb və bu işə dövlət büdcəsindən təxminən 300 min manat vəsait ayrılıb. Gəncənin baş planı üzərində işləyən “Azərdövlətlayihə” İnstitutunun şəhərsalma şöbəsinin müdiri Nazim Mahmudov həmçinin Samuxun baş planının müəllifidir. Onun sözlərinə görə, Gəncənin baş planının layihəsi 2-3 aydan sonra tam hazır olacaq və ətraflı tanışlıq üçün ictimaiyyətin müzakirəsinə veriləcək.

Gəncənin baş planını hazırlayanmasında onun Azərbaycanın iqtisadiyatında mühüm rol oynamısını və ətraf kənd və rayonların iqtisadi cəhətdən Gəncəyə tabe olması nəzərə alınıb. Gəncənin 10 min hektardan artıq böyük ərazisi var. Hər hektara 19-20 nəfər adam düşür. Gəncədə yaşayanların 85% fərdi evlərdə yaşayır.

Gəncə şəhərinin baş planı hazırlanandan sonra yerli səviyyədə, yəni ictimaiyyət və müvafiq strukturlar tərəfindən müzakirə ediləcək. Əgər yerli səviyyədə dəstək olsa, ikinci mərhələdə Dövlət Şəhərsalma Arxitekturası Komitəsinin yanında ictimai əsaslarla işləyən Şəhərsalma Şurası ona baxacaq. Şura üzvləri müvafiq planı təsdiq etsə onda icra üçün yerli icra hakimiyyətinə göndəriləcək. "Azərinşaatlayihə" institutu eləcə də Ağstafa, Oğuz, Qazax, Qəbələ və İmişlinin baş planları üzərində işləyir. “Azərmemarlayihə" institutu isə bu ilin aprel ayının sonuna kimi Şəki, Bərdə, Ağdaş, Cəlilabad, Beyləqan, Ucar, Ağsu və Lerikin baş planları başa çatdırılmalıdır.

Qeyd edək ki, indiyə qədər üç şəhərin - Qax, Qobustan və Samuxun baş planları təsdiq edilib və icrası həyata keçirilir. Hazırda isə “Azərdövlətlayihə” İnstitutunu Sumqayıt və Xırdalanın da baş planını işləyir. Bakı şəhərinin regional inkişaf planı da layihə strukturlarının seçimi mərhələsindədir.

Gəncə

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.