06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
LƏNKƏRANDA ƏHALİNİN QAZ XƏTTİ KƏSİLİB
22/04/2010 , 13:35
“Azəriqaz”ARDNŞ-in tərkibinə verildikdən sonra yerlərdə bir sıra struktur dəyişiklikləri aparılıb.Rayon Qaz İdarələrinin əvəzinə 5 struktur-“Satış-servis”,”Qazsazlama”,”Təmir-tikinti”, ”Kommersiya” və “Qaz İstismar Sahələri” yaradılıb.
Rayonlarda əhalinin qazla keyfiyyətli təminatı istiqamətində işlər daha da sürətləndirilib.Belə ki,Lənkəran şəhərində Qaz İstismar Sahəsi üçün iki mərtəbəli inzibati binanın tikintisinə start verilib.Tezliklə Masallı şəhərində də işlərin başlanması nəzərdə tutulur. Əhalinin təbii qaza olan borclarının ödənilməsinə gəlincə isə bu sahədə müəyyən irəliləyişlər olsa da problemlər də yox deyil.
Əhalidən istifadə olunan qaz pullarının yığılmasına cavabdeh olan “Azqaz Servis”MMC-nin Lənkəran filialının rəisi Cəmil İsayevin sözlərinə görə,əhali sektorunda problemlər olsa da bu qeyri-əhali sektorunda yaşanmır.Əgər qeyri-əhali sektorunda ötən ay yığım 134 faiz təşkil eibsə, əhali sektorunda bu 90,28 faiz təşkil edib.
Əhalidən qazdan istifadəyə görə ödənişləri yaxşılaşdırmaq üçün bir sıra tədbirlər görülüb.Bu səbəbdən 25 abonentin qaz təchizatı dayandırılıb.
Əlavə edək ki, Lənkəran rayonunda 13 min qaz abonenti var.
NİZAMİ HÜSEYNOV
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.