06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
DAŞKƏSƏNDƏKİ QƏZALI BİNALAR VƏ EVLƏR YENİLƏŞDİRİLƏCƏKMİ?
26/04/2010 , 11:15
Daşkəsən rayonunun Kobalt qəsəbəsində 4 bina və 50-ə yaxın fərdi yaşayış evi qəzalı vəziyyətdədir. İllərdir yerli əhali aidiyyatı qurumlardan kömək gözləyir. Ancaq onların bu həsrətinə son qoyan tapılmır.
Daşkəsəndə sıldırım qayaların arasında yerləşən Kobalt qəsəbəsindəki binalar və evlər hər an uça bilər. Yerli əhalinin sözlərinə görə, hər dəfə təbii fəlakət olanda onların canını qorxu alır. Çünki bir neçə dəfə sel və daşqınlar onlara külli miqdarda ziyan vurub.
Qəsəbə sakini Güləndam İsmayılova: “Qayalar uçur. Yağış yağanda sel gəldi, heyvanımızı apardı. Özümüz təhlükə altında yaşayırıq”.
“Biz çox ağır vəziyyətdə yaşayırıq. Bir dəfə iki tələbə gəlmişdi, kənddə sel onları apardı. Bir insan bizə demir ki, görən buradakı camaat ölür, yoxsa qalır”. – deyir qəsəbə sakini Gövhər İsmayılova.
Daşkəsən rayonunun Kobalt qəsəbəsində yerli əhali sanki 21-ci əsrdə deyil, 18-ci əsrdə yaşayırlar. Bunun sakinlərin hazırki yaşam səviyyəsində görmək mümkündür. İndi yerli əhali nə vaxtsa yaşadıqları binanın təmir olunacağı günü səbirsizliklə gözləyir. Ancaq neçə illərdir bu həsrətə son qoyulmur.
Rayon rəhbərliyi isə Kobalt qəsəbəsindəki problemlərin həlli olunması üçün səy göstərdiklərini deyir. . Daşkəsən rayonunun qəsəbədəki nümayəndəsi Xudayar Ələkbərovun sözlərinə görə, evlərin mövcud vəziyyəti ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinə yazılı şəkildə məlumat verilib. Həmçinin nazirliyin nümayəndələri mövcud durumla tanış da olublar.
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.