06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
SLAVYANKA KƏNDİN BANKOMAT PROBLEMİ
07/05/2010 , 12:30
Gədəbəyin Slavyanka kəndinə qoyulan və 15 yaşayış məntəqəsin sakinlərinə xidmət edən bankomat 4 aydır ki, işləmir. Buna görə də sakinlər çətinliklərlə üzləşirlər. Slavyanka bələdiyyəsinin sədri deyir ki, problemin həlli ilə bağlı dəfələrlə aidiyyatı strukturlara müraciət etsə də istəyinə nail ola bilməyib.
Rayondakı pensionerlər təqaüdlərini, işçilər isə əmək haqlarını ala bilmirlər. Səbəb isə Beynəlxalq Banka aid olan bankomatın işləməməsidir. Sakinlər deyir ki, kənddə bir bankomat var, o da bir gün işləyəndə on gün işləmir. Bu bankomatdan yalnız bir kəndin camaatı yox, yaxınlıqdakı 15 kənd yararlanır.
“54 yaşlı kənd sakini Zemfira Tağıyeva: “Gecə saat 3-ə 4-ə kimi növbədə dururuq. Bir rayonun milləti bir bankomatın ümidinə qalıb”.
“Yanvar ayından bəri bizim bankomat işləmir. Slavyankada bir bankomat var, 15 kənddə xidmət edən o da göz qabağındadır” – deyir kənd sakini Şöhkət Qəhrəmanova.
İşləməyən bankomat sakinləri əməlli-başlı əziyyətə salıb. Hər dəfə təqaüd və əmək haqları veriləndə camaat müəyyən məsafə qət edərək ətraf ərazilərdə bankomat axtarışına çıxır. Bu əlavə xərclər və əlavə əziyyət deməkdir. Sakinlərin sözlərinə görə, problemin həlli ilə bağlı dəfələrlə müxtəlif strukturlara müraciət olunsa da müsbət nəticə olmayıb.
Yahya Cabbarov, kənd sakini: “Yiyəsi yoxdur, bu bankomatın bank müdiri Cavan İsmayılova da demişəm. Kəndin bələdiyyə sədri və icra nümayəndəsi də bilir. Hər dəfə deyəndə “bir günə, iki günə düzələcək”, deyib yubadırlar. 6 manat xərc çəkib rayona gedirik. Növbədə dururuq, ala bilmirik. Məcburuq, geri qayıdıb bir də gedək ”.
Maraqlıdır ki, Slavyanka Bələdiyyəsinin rəhbərliyini deyir ki, yerli camaatın saysız-hesabsız şikayətindən xəbardardır. Bələdiyyə sədri Firuddin Məmmədovun sözlərinə görə əhalinin haqlı narazılığı barədə lazımi qurumlara məlumat verib, lakin onlar tərəfindən bu günədək heç bir tədbir görülməyib.
Beynəlxalq Bankın Gədəbəy rayon şöbəsinin rəhbərliyi sakinlərin və bələdiyyə sədrinin iddiaları ilə qismən razılaşır. Bankın aparıcı mütəxəssisi Tariyel Hüseynov deyir ki, Slavyanka kəndindəki bankomat dörd yox, iki aydır işləmir. Bank təmsilçisi onu da əlavə edib ki, yaxın günlərdə problem aradan qaldırılacaq.
Arayış : Slavyanka kəndində azərbaycanlılar olsa da yerli əhalinin əksəriyyətini slavyan məşəli millətlər təşkil edir.
Gəncə
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.