06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
TİKİNTİ MATERİALLARI BAZARINDA QİYMƏTLƏR ARTIR
10/06/2010 , 12:44
Əmlak bazarı üzrə eksper Nüsrət İbrahimov hesab edir ki, ümumiyyətlə tikinti sektoru elədir ki, yaz və payız aylarının əvvəlləri mövsümü aylar sayılır.
Bazarlarda bəzi tikinti materiallarının qiymətində artım olub. Artım bütün materialları əhatə etməsə də əsas mallara təsir edib. Ekspertlər tələbatın artdığını, satıcılar isə müştərilərin olmadığını deyir.
Gəncənin daşınmaz əmlak bazarında qiymətlər ensə də tikinti materialları bazarında qiymətlər ötən aylara nisbətən qalxıb. Tikinti materialları satılan bazarında satıcılar deyir ki, bəzi materiallarda qiymətlər azacıq qalxasa da ümumilikdə bazardakı vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Satıcıların sözlərinə görə, bazarlarda müştərilən alıcılıq qabiliyyəti aşağıdır. Hazırda bazarda ən çox dəmir, taxta-şalban, DSP, armatur və lamiant parket materilları bahalaşıb. Əsas tikinti materiallarından olan kərpic və mişar daşının qiyməti isə sabit qalıb.
Bu aylarda havalar isti olduğu üçün tikinti və təmir işlərini görmək istəyənlər çoxalır. Əmlak bazarı üzrə ekspertlər hesab edir ki, yaz-yay mövsümündə tikinti işlərinə marağın artması bu işlərin sözügedən aylarda görülməsinin hava şəraiti baxımından əlverişli olmasıyla əlaqəlidir.
Əmlak bazarı üzrə eksper Nüsrət İbrahimov hesab edir ki, ümumiyyətlə tikinti sektoru elədir ki, yaz və payız aylarının əvvəlləri mövsümü aylar sayılır.
“Xüsusən də yaz ayları, yəni mart ayından iyul ayının ortalarınadək mövsümü aylar sayılır. Və bu aylarda həm tikintinin həcmi artır, həm də satış tempi artır. Və ona görə də materiallara da bu təsirsiz ötüşmür. Təbii ki, həcmin artımı son nəticədə avtivliyi artırır və qiymətlər artır”.
Ekspertlər daşınmaz əmlak bazarında qiymətlərin sürətlə düşməsini aktivliyin azalması ilə əlaqələndirir. Son 5 ildə Azərbaycanda daşınmaz əmlakın qiyməti ən yüksək hədlərədək qalxıb. Bununla belə istənilən qiymət azalması onun azalaraq əvvəlki həddə çatmasına gətirib çıxarmayacaq.
Hesab edilir ki, mənzil bazarında canlanma yaratmaq üçün ipoteka kreditləri yeni tikilən evlərə də verilməli, kreditləşməyə ayrılan vəsait artırılmalıdır. Statistikaya görə son bir ayda köhnə binalarda evlər 1,3 faiz ucuzlaşıb. Mənzil bazarında qeyri-müəyyən situasiyanın yarandığını deyən ev dəllalları qiymət azalmasınının dayanmasını şərtləndirən şəraitin olmadığını bildirirlər.
Son bir ildə isə evlərin qiymətində 13 faiz ucuzlaşma müşahidə edilib. İndi təkrar bazarda mənzilin bir kvadratmetrinin orta qiyməti 1146 dollara, ilkin bazarda isə 880 dollara təklif edilir. Qarşıdakı aylarda mənzil bazarında müəyyən canlanma proqnozlaşdırılsa da, ilin sonuna kimi qiymət artımı gözlənilmir. Ev alqı-satqısı ilə məşğul olan Cəmşid Həsənovun sözlərinə görə, ilkin mənzil bazarında aktivliyin artırılması vacib şərtlərdən biridir.
Ucuzlaşma tendensiyasının dayanması maliyyə vəziyyəti yaxşı olmayan tikinti şirkətlərinin vəziyyətini daha da pisləşdirir. Amma buna baxmayaraq, mənzil tikintisi ilə məşğul olanlar qiymətləri aşağı salmamaqda israrlıdır.
Gəncə
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.