06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
NAXÇIVAN-İSTANBUL-NAXÇIVAN AVİAREYSİ AÇILIB
29/06/2010 , 11:33
24 iyunda Türk hava yollarınınn “Anadolu Jet” şirkəti və Naxçıvan Hava limanı arasında bağlanmış müqaviləyə əsasən Naxçıvan-İstanmbul-Naxçıvan reysinin ilk təyyarəısi Naxçıvan Hava limanına enib.
Bu münasibətlə hava limanında təntənəli mərasim keçirilib. Mərasimdə Türk hava yolları “Anadolu Jet” Şirkətinin Regional Uçuşlar üzrə müdiri Sami Alan, Türk Hava Yolları baş direktorunun müavini Orxan Sivrikaya, Türkiyənin Naxçıvandakı Baş konsulu Ayhan Enginar və Naxçıvan Muxtar Respublika Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov və başqalrı iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası və Türkiyə arasındakı uçuşlar “Boinq” tipli təyarrələrdə həyata keçiriləcək. Uçuşlar həftənin çərşənbə, cümə, və bazar günləri baş tutacaq, Biletlərin qiyməti ikitərəfli istiqamətdə 139, birtərəfli istiqamətdə 70 avrodur.
Qeyd edək ki, bu aviareysin açılışı həm naxçıvanlılar, həmdə türkiyəlilər üçün çox əhəmiyyətlidir. Bundan sonra Türkiyədən gələnlər Naxçıvan üzərindən Azərbaycanın digər bölgələrinə, Naxçıvandan İstambula gedənlər isə oradan dünyanın istənilən ölkəsinə rahat səfər edə biləcəklər.
Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri V. Talıbovun Ankarada keçirdiyi rəsmi görüşlər zamanı Naxçıvan-İstanbul təyyarə reysinin açılması haqda razılıq əldə edilmişdi.
Elman Abbasov
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.