Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


LƏNKƏRANDA YENİ KONSERV ZAVODU İSTİFADƏYƏ VERİLDİ

LƏNKƏRANDA YENİ KONSERV ZAVODU İSTİFADƏYƏ VERİLDİ30/06/2010 , 13:38

Lənkəran rayonunun Sütəmurdov kəndində beynəlxalq standartlara cavab verən yeni konserv zavodu istifadəyə verilib. Konsev zavodu “Gilan Holdinq” Şirkətlər Qrupu tərəfindən inşa edilib.

Ümumi sahəsi 10 ha, tikinti sahəsi bir ha olan obyektin tikintisinə 2008–ci ilin may ayında başlanılıb və işlər 2010–cu ilin mart ayında başa çatdırılıb. Burada iş yerlərinin sayı 300 nəfər üçün nəzərdə tutulub. Bunun 200 nəfəri daimi, 100 nəfəri isə mövsümü işlə təmin ediləcək.

Zavod saatda 30 ton məhsul qəbul etmək gücünə malikdir. Zavodda 3000 litr/saat şüşə xətti, 25 qramlıq Porslon dolum xətti (bütün növ cem və bal qablaşdırmaq üçün), turşu və meyvə şirəsi xətti, 1 ədəd 16 tonluq və 1 ədəd 10 tonluq buxar qazanları və 100 tonsaat su təmizləyici filtrlər quraşdırılıb. Zavodda ərazisi 1000m iki, həcmi 4000 m üç və tutumu 2000 ton olan soyuducu anbar da quraşdırılıb. Soyuducu anbarda bir ədəd (+350 C), iki ədəd (+180 C) və altı ədəd (+ 50 C) kamera var.

Qeyd edək ki, zavodun işə düşməsi yerli əhalinin işlə təmin edilməsinə imkan verəcək.

NİZAMİ HÜSEYNOV

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.