06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
İPOTEKA KREDİTLƏRİNİN VERİLMƏSİ QAYDALARI SƏRTLƏŞDİRİLİB
09/07/2010 , 17:52
Güzəştli ipoteka kreditlərinin verilməsi üçün cari ilin büdcəsindən ayrılan vəsait artıq bitib. Həmçinin ipoteka kreditlərinin verilməsinin şərtləri dəyişdirilib və qaydalara bəzi əlavələr edilib. Bu nəyə dəlalət edir? İpoteka kreditlərinin verilişi dayandırılacaqmı?
Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 2010-cu il tarixli qərarına əsasən müvəkkil kredit təşkilatları tərəfindən verilən ipoteka kreditlərinin tələblərinə dəyişiklik və əlavələr edilib. Əlavələr haqqında Gəncədəki səhimdar kommersiya banklarının birində çalışan ipoteka krediti üzrə mütəxəssis Elnur Həmidov deyir ki, bu əlavə və dəyişikliklər gələcək risklər göz önünə alınaraq borcalanın sabit gəlirlərinin olmasına daha dəqiq nəzarət etmək məqsədilə edilib.
“Əvvəlki şərtlərdə kreditin bazar qiymətinə uyğun məbləği hesablanırdısa hal-hazırki dəyişikliklərlə əlaqədar burada əmlakın likvid qiyməti nəzərə alınır. Yəni veriləcək kreditin məbləği əmlakın likvid dəyərindən artıq olmamaq şərti ilə verilir. Eyni zamanda yeni dəyişikliklərdə borcalanın 12 aylıq iş təcrübəsinin olması əsas tələb kimi qoyulub. Həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün ən azı son iki illik dövr ərzində sabit maliyyə gəlirlərinin olması rəsmi sənədlər əsasında təqdim olunmalıdır,” – deyir Elnur Həmidov
Əvvəlki qaydalara əsasən yaxın qohumlardan əmlak alınmasına icazə verilmirdi. Hazırkı dəyişikliklərdə isə onların siyahısı da tələb olunur. Yenilik həmçinin ondan ibarətdir ki, əgər borcalanın, yəni kredit götürənin iş yeri şübhə doğurursa Dövlət Sosial Müdafiə Fondundan həmin vətəndaşın şəxsi hesabından çıxarış tələb olunur. Mütəxəssis deyir ki, indi aprel ayına qədər daxil olmuş müraciətlər əsasında güzəştli ipoteka kreditləri təmin olunur. Çünki aprel ayında Mərkəzi bank tərəfindən bütün müvəkkil banklara adı çəkilən kredit üzrə vəsait bitdiyindən kreditin verilməsinin dayandırılması haqda göstəriş verilib.
“Güzəştli ipoteka kreditləri üçün 14 milyon manat vəsait ayrılmışdı. Bu vəsait artıq yekunlaşıb. Yəni güzəştli ipoteka kreditlərinin verilməsi üçün yeni vəsaitlərin ayrılması məsələsinə baxılır. Amma bu haqda daha dəqiq məlumat yoxdur. Hansı halda güzəştli ipoteka kreditləri veriləcək. Amma adi ipoteka kreditlərində isə söhbət yoxdur. Adi ipoteka kreditləri İpoteka Fondunun üzvü olan banklar tərəfindəın verilməkdə davam edir. Adi ipoteka kreditlərinin verilməsi ilə bağlı elə bir ciddi problem yoxdur”.
Mövzu ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, güzəştli ipoteka kreditləri üçün 2010-cu ildə 14 milyon manat vəsaitin ayrılması nəzərdə tutulubsa, yenidən vəsait ayrılması qeyri-mümkündür. Çünki “Büdcə sistemi haqqında qanun”a görə ilin ikinci yarısında güzəştli ipoteka kreditlərinin verilməsi üçün büdcədən əlavə vəsait ayrıla bilməz. Ekspert Vüqar Bayramov:
“İpoteka krediti almaq üçün tələb olunan sənədlərin sayı artıb. Sığorta və digər sənədləri nəzərə alsaq yalnız kreditə müraciət etmək üçün tələb olunan sənədlərin sayı 15-ə yaxın idi. Prakitiki olaraq bu o deməkdir ki, yeni sənədlərin əlavə edilməsi ipoteka krediti almaq üçün müraciət edənlərin daha çox sənəd yığmasına və bu baxımdan ipoteka krediti almamışdan əvvəl daha çox vəsait xərcləməsinə səbəb ola bilər. Güman olunur ki, ipoteka kreditlərinin verilməsinin sərtləşdirilməsi birbaşa onunla bağlıdır ki, Mərkəzi Bank sosial ipoteka kreditlərinin verilməsi üçün nəzərdə tutulan 14 milyon manat vəsaitin artıq xərclənməsi ilə açıqlama yaymışdı. Güman olunur ki, sənədlərinin sayının artırılması və digər tələblərin daha da ağırlaşdırılması ipoteka kreditlərinin verilməsində müəyyən limitlərin müəyyənləşdirilməsi ilə bağlıdır”.
Qeyd edək ki, hazırda İpoteka Fondu iki növ ipoteka kreditləşməsini həyata keçirir. Güzəştli ipoteka kreditləri büdcədən ayrılan vəsait, adi ipoteka kreditləri isə fondun yerləşdirdiyi istiqrazlardan əldə olunan gəlirlər hesabına verilir.
Gəncə
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.