Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


GƏNCƏ ELEKTRİK ŞƏBƏKƏSİ İNDİDƏN QIŞA HAZIRLIQ GÖRÜR

GƏNCƏ ELEKTRİK ŞƏBƏKƏSİ İNDİDƏN QIŞA HAZIRLIQ GÖRÜR23/07/2010 , 12:36
Gəncə Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin texniki direktor müavini Elmar Həsənovun verdiyi məlumata görə indidən qış aylarına hazırlıq işlərinə başlanılıb.
Gəncə Yüksək Gərginlikli Elektrik şəbəkəsində təmir işləri aparılır. Məqsəd əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında yarana biləcək problemləri önləməkdir. Elektrik Şəbəkədən verilən məlumata görə hazırda yararsız hala düşmüş texniki avadanlıqlar yeniləri ilə əvəz olunur.

Gəncə Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin texniki direktor müavini Elmar Həsənovun verdiyi məlumata görə indidən qış aylarına hazırlıq işlərinə başlanılıb. Texniki istismarın yüksəldiməsi üçün planda olan bütün işlər yerinə yetirilib. Təmir qrafikinə uyğun olaraq yarımstansiyalar, transformatorlar, onların açarları və xəttlər təmir olunub bəziləri isə yenilənib. Təmir işləri çərçivəsində istismar müddətini başa vurmuş avadanlıqlar yeni müasir tipli avadanlıqlarla əvəzllənib.

Bu ilin arxada qalan dövrü ərzində Şəbəkənin əhatə etdiyi rayonların elektrik şəbəkəsində də bərpa işləri həyata keçirilib. Belə ki, torpaq sürüşməsi və sel suları nəticəsində zərər görümüş 6 kilovatlıq Daşkəsən Zəylik hava xəttində aşmış 4 dayaq, Göygöldəki 6 kilovarlıq 2 dayaq, Gədəbəydə güclü külək nəticəsində aşmış 56 dayaqdan 12-si yenisi ilə əvəz olunub, 44-ü isə bərpa olunub. Samuxda sel sularının yıxdığı 14 dayaq və Şəmkirdə sıradan çıxmasına küləyin səbəb olduğu 18 ədəd dayaq yenilənib. Gəncədə isə 110 kilovatlıq 19 ədəd hava açarı müasir tipli eleqas açarları ilə əvəz olunub. Bu avadanlıqların istimar müddəti 25 ildir və iqtisadi baxımdan daha sərfəlidir. Hazırda Gəncənin elektrik şəbəkəsində böyük həcimli problemlər yoxdur.

Gəncə

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.