06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
QUSARDA ƏKINÇILIYƏ MARAQ NIYƏ AZALIB?
23/07/2010 , 12:56
Cari ildə Qusarda 26000 hektar sahədə taxıl əkilib.
Bunun 20664 hektarı buğda, 5336 hektarı isə arpadır. Rayon Statistika İdarəsinin rəisi Abdulkərim Aşurov bu barədə məlumat verib. Onun sözlərinə görə ötən illə müqayisədə bu rəqəm 3000 hektar azlıq təşkil edir. Rəis bildirib ki, 2009-cu ildə 29000 hektar sahədə əkin əkilmişdiki bunun 22678 hektarı buğda, 6327 hektarı isə arpa idi.
Bütün bu nəticələri təhlil etdikdə bu il Qusarda taxılın az olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil. Bəs fermerlərin əkinçiliyə marağı niyə azalıb?
Qusarın Köhnəxudat kəndinin fermerləri deyirki, ötən il məhsulu ucuz qiymətə satdıqları üçün cari ildə az sahədə taxıl əkiblər. Digər tərəfdən rayonda yaşanan texnika qıtlığı da problemə birbaşa təsir edən amillərdəndir.
Qeyd edək ki, texnika probleminin olduğunu Aqroservis Qusar filialının direktoru Həzrət Həzrətovda təsdiqləyir. Direktor texnika çatışmamazlığını mütəxxəsis azlığı ilə izah edir: “Hazırda müəssisədə 14 ədəd kombayn olsada mütəxxəssis, yəni kombaynçıya ehtiyacımız var. Məhz bu səbəbdən texnikalar sahələrə çıxarılmır,”- Həzrət Həzrətov deyir.
Rauf Azəri
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.