Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


GƏNCƏ ŞƏHƏRİNİN ƏHALİSİ 315 047 NƏFƏRƏ ÇATIB

GƏNCƏ ŞƏHƏRİNİN ƏHALİSİ 315 047 NƏFƏRƏ ÇATIB23/07/2010 , 13:04
Gəncə şəhər Statistika İdarəsinin məlumatına Gəncə şəhərinin əhalisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2126 nəfər artaraq 2010-cu ilin I yarısında 315 047 nəfərə çatıb.
Şəhər əhalisi 2009-cu ilə nisbətən 0,7 % çoxalıb. Əhalinin 168704 nəfəri, yəni 53,6 %-i Kəpəz rayonunun, 162 564 nəfəri yəni 46,4 %-i Nizami rayonunun ərazisində yaşayır. Əhalinin 48,4 %-i kişilər, 51,6 %-i qadınlardır. Hər min kişiyə 1066 qadın düşür.

Əhalinin ümumi sayında 14 yaşa qədər olanlar 17,7 %, orta yaşlılar 71,9 %, ahıllar isə 10,4 % təşkil edir. Bu ilin arxada qalan qalan dövründə Gəncədə 2032 nəfər dünyaya gəlib, bu da orta hesabla gün ərzində 11 körpənin doğulması deməkdir. Ötən ilin ilk 6 aylığı ilə müqayisədə hər 1000 nəfərə yeni doğulanların sayı 6,1-dən 6,4-ə qədər artıb.

Yanvar ayından iyun ayına kimi Gəncədə 958 nikah bağlanıb, boşanmaların sayı isə 176-dır. Statistikaya görə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 2,9-dan 3-ə qədər, dağılan ailələrin sayı isə 0,5-dən 0,6-ə qədər çoxalıb. Şəhərə ilk 6 ayda 350 nəfər daimi yaşamaq üçün gəlib. 382 nəfər isə şəhəri tərk edib. Bu məlumat Daxili İşlər Nazirliyindəndir. Bunun mənfi miqrasiya saldosu 32-dir.

Dünyasını dəyişənlərin sayında da artım müşahidə olunur. Belə ki, hər 1000 nəfərə, ölənlərin sayı 3-dən 3,2-ə qədər çoxalıb. Məlumata görə 2010-cu ilin ilk yarısına kimi 1 yaşadək olan körpələrin ölüm sayı 8-dir. Bu ötən ilə nisbətən 1 ölüm halı az olsa da xoşagəlməz statistik göstərici hesab olunur.

Qeyd edək ki, Gəncədə Ermənistan tərəfindən işğal nəticəsində öz doğma yurdlarını itirmiş 15592 məcburi köçkün, 17829 nəfər isə qaçqın məskunlaşıb.

Gəncə

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.