Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


QUBADA MİLLİ MƏTBUATIN YARANMASININ 135 İLLİYİ QEYD OLUNDU

QUBADA MİLLİ MƏTBUATIN YARANMASININ 135 İLLİYİ QEYD OLUNDU23/07/2010 , 17:18
Quba İcma Məlumat Mərkəzində Milli Mətbuatın yaranmasının 135 illik yubileyi ilə əlaqədar olaraq rayonda fəaliyyət göstərən müdia qurumlarının nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə Qubada nəşr olunan "Şəfəq", "Quba gəncliyi" rayon qəzetlərinin, "Xəyal" və "Qütb" yerli televiziyalarının, "Sonxəbər.tk" saytının administratoru, "Zaman" və "Respublika" qəzetlərinin bölgə müxbirləri, həmçinin "İctimai", "Xəzər", "ATV" televiziyalarının və "Riyad-media" informasiya agentliyinin bölgə müxbirləri iştirak etmişlər.
Görüşdə milli mətbuatımızın bu günki durumu müzakirə edilmiş, problemlər sadalanmış, problemlərdən çıxış yollara araşdırılmışdır.
Qeyd edilmişdir ki, mərkəzin köməkliyi ilə vaxtaşırı təcrübəli media nümayəndələri ilə gənc jurnalistlərin, bloggerlərin görüşləri təşkil edilsin. Bu istiqamətdə müxtəlif təlimlər təşkil edilsin.
Görüşün sonunda hər bir jurnalistin təmsil etdiyi qurum İREX tərəfindən hazırlanmış xüsusi təbrik fərmanları ilə təltif edilmişdir.
Quba

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.