06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
30 İLDİR Kİ QUBANIN DÖRD KÜÇƏSİNDƏ SU YOXDUR...
23/07/2010 , 17:24
Həmin küçələrdə yaşayan sakinlər indiyə kimi rahat su içə bilməyiblər. Suyu ordan-burdan daşımağa məcbur qalıblar.
Qubanın Gənclər, Mehti Hüseynzadə, Bakı və 7-8 dalan deyilən küçələrində indiyə kimi suyu Qudyal çayından daşımağa məcbur qalıblar. Havaların istisində su həsrətində qalan sakinlər, Moykalardan və su maşınından alırlar. Su maşınından sakinlər suyu 15 manata alırlar. Su isə 10 gün ərzində bir ailə üçün bəs etdiyini bildirirlər.
Susuz qalan sakinlər bildirir ki, məhlədə bir nəfər rəhmətə getmişdi ki, həmin şəxs üçün meyit yumağa su tapmayıblar. Bir qoca nənə var ki, su olmayan məhlədə yaşasa da onun ayaqları susuzluqdan qabar atdığını bildirir. Su olmayan küçələrdəki sakinlər bildirirlər ki, 1966-cı ildə küçələr salınsa da, su problemi ilə bağlı küçə sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət etdiylərini bildirirlər. Buna baxmayaraq 200-dən çox evdə su yoxdur.
Sudan əziyyət çəkən sakinlər aksiya keçirməsinə görə Rayonda Fəaliyyət göstərən Su Kanal İdarəsinin Baş Mühəndisi Şahin Məmmədov sakinlərin yanına həmin küçəyə gəlsə də, gəldiyi maşından aşağı düşməyib. Su İdarəsinin Baş mühəndisinə yaxınlaşdıqda, bizi təhqir edərək afyor olduğumuzu deyərək, mikrafonumuza əl ataraq sındırıb. Idarə işçisinin kobud hərəkətləri mətbuat günündə özünü biruzə verdi. Su idarəsinin deyəsən bizə bayram təbriki idi. Hələ bu harasıdır, İcra Hakimiyyəti Başçısının Aqrar Məsələlər üzrə müvəqqəti müavini Mübariz Xəlilov Vəzifə səlahiyətlərini aşaraq qadına əl qaldırması, nəinki vəzifəyə heç insanlığa yaraşmır. Burda mənəm Bağdadda Kor Xəlifə misalı maşınına minib arxaya baxmadan sürüb gedən bir vəzifə adamının hərəkətlərinə əsl qiyməti Siz, Aidiyyatı qrumlar verməlisiniz. Əslində bütün bu hərəkətlər ölkə Prezidentinin Nəcib Fəaliyyətinə kölgə salır, belə məmurların məsuliyyətsizliyi ucbatından əhalidən narazılıq yaradır.
Emin Kərimov
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.